"Bütün bunlar şərəfsiz adamların iftirasından,şantajından, sifarişli canfəşanlığından başqa bir şey deyil. Kimsə bir yerdə gedib şəkil çəkdirirsə, kimsənin onu götürüb yaymağa haqqı varmı? Yaxud siz gedib bir dostunuzun maşının yanında şəkil çəkdirirsinizsə bu maşının dərhal sizə məxsus olmasına iddia edəni normal adam hesab etmək olarmı? O məntiqlə siz gedib bir "Boinq" təyyarəsinin yanında şəkil çəkdirsəniz bu cür adamlar onun da sizə məxsus olduğunu iddia edəcək səviyyədədirlər. Bu cür adamlar bu hərəkətləriylə vallah bizi yox, özlərini biabır edirlər. Eynulla Fətullayev 20 ildir ki, ölkə rəhbərlərindən tutmuş bütün məmur kontingentinə qarşı öz ampluasına sadiq qarayaxma, iftira atmaqla məşğuldur. Onun kimliyi bu ölkədə hər kəsə məlumdur. Bir dənə onu deyirəm. Arzu edirəm ki, o elə Elton Məmmədovun oğlanları kimi vətənpərvər olsun və dövlətə bu cür sədaqətlə xidmət etsin.Onlar kimi savadın olsun, bir neçə dil biləsən və dövləti təmsil etməyi bacarasan. Onun namusu, qeyrəti və azərbaycançılığı varsa mənim övladlarıma oxşasın. Yoxdursa o heç vaxt xalqa, dövlətə yararlı adam ola bilməz.

- A-
- A
- A+
Gündəm
15:24 / 12.02.2014
Elton Məmmədov Eynulla Fətullayevə səsləndi
Hazırda oxunan: Elton Məmmədov Eynulla Fətullayevə səsləndi
Hazırda oxunan: Elton Məmmədov Eynulla Fətullayevə səsləndi
41563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































