DİN Tovuz rayonunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Hazırda oxunan: DİN Tovuz rayonunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

29853
Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Moderator.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 22-də saat 20.15 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Yevlax rayon sakini Savalan Bəndəliyevin idarə etdiyi “Hyundai”, Bozalqanlı kənd sakini Ceyhun Əsədovun idarə etdiyi “Mercedes”, Ağdam rayon sakini Habil Məmmədovun idarə etdiyi “Mercedes”, Yuxarı Öysüzlü kənd sakini Elmar Məmmədovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini İsax Əliyevin idarə etdiyi “Ford Tranzit” markalı avtomaşınlar toqquşub.
 
Nəticədə “Hyundai”, “Ford Tranzit” və “VAZ-2106” markalı avtomaşınlarda yanğın baş verib, S.Bəndəliyev, İ.Əliyev, E.Məmmədov və S.Bəndəliyevin sərnişini, Gəncə şəhər sakini Tural Ramazanov, habelə   E.Məmmədovun sərnişinləri, Yuxari Öysüzlu kənd sakinləri Turab Abbasov, Xəyyam Abbasov avtomaşınların salonunda yanaraq ölüblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin