Üsyançılara dəstək vermək üçün yüzlərlə insan İrəvan küçələrinə çıxdı - Fotolar

Hazırda oxunan: Üsyançılara dəstək vermək üçün yüzlərlə insan İrəvan küçələrinə çıxdı - Fotolar

144923
İrəvanda müxalifətçilərin həbsləri davam etdirilir. Bu dəqiqələrdə müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulub.

Virtualaz.org xəbər verir ki, xalq Azadlıq meydanına axışır və burada artıq “Ayağa qalx, Ermənistan”x9d təşkilatının üzvləri çəxəş edərək Sarkisyanın istefasını tələb ediblər. Həbs olunmuş müxalifətçilərin sayı 10 nəfəri keçib.

Eyni zamanda, polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri Pavlik Manukyan jurnalistlərlə əlaqə saxlayaraq bildirib ki, onların yemək problemi var.

“Biz artıq bir sutkadır ki, heç nə yeməmişik, lakin buna baxmayaraq, özümüzü yaxşı hiss edirik. Sona kimi gedəcəyik ”“ ya qələbə, ya ölüm”x9d, - o deyib.


*   *   *15:02

İrəvanda zəbt edilmiş polis idarəsinin ərazisinə Ermənistan DTX-nin başçısı Georgi Kutoyan və polis rəisi Vova Qasparyan gəliblər.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bir müddət sonra DTX başçısı hadisə yerini tərk edib. Ərazi mühasirəyə alınıb və oraya jurnalistlər buraxılmır.

Eyni zamanda, qonşu Xorenatsi küçəsində polis üç gənci saxlayıb. Onlar əllərində “Başqa çıxış yoxdur”x9d yazılmış plakat tutublarmış.

Silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan jurnalistlərin Ermənistan DTX-nin onları terrorçu adlandırması ilə bağlı sualına cavab verib.

“DTX cinayətkar rejimə xidmət edən əsas təşkilatlardan biridir. Təbii ki, DTX üçün biz terrorçuyuq. Ümumilikdə, tiranlığa qarşı çıxan, onun üçün təhlükə törədən və onu devirməyə çalışan hər kəs bu cür adlandırılır. Amma xalq tirana qalib gələndən sonra bizim qarşımıza Çauşesku, Yanukoviç və Qəzzafi çıxır... Bunu DTX və ya “Baqramyan, 26”x9d (prezident aparatı) üçün sərfəli bir şey kimi nəzərdən keçirmək lazım deyil. Bu səthi və səhv yanaşmadır”x9d, - o deyib.


*   *   *13:56

Jirayr Səfilyan Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır.

Virtualaz.org xəbər verir ki, bunu həbsdə olan Jirayr Səfilyanla görüşdən sonra ASALA terror təşkilatının keçmiş üzvü, “Təsis parlamenti”x9dnin üzvü Alik Yeniqomşyan deyib.

Eyni zamanda, “Arabo”x9d dəstəsinin komandiri, general Manvel Yegiazaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, ələ keçirilmiş polis binasına hücum edilməsin.

“Hakimiyyət uşaqları hücumla ələ keçirmək istəsə, bu xalqın böyük qəzəbinə səbəb olacaq”x9d, - o deyib.


*   *   *13:45

İrəvanda polis bölməsini ələ keçirmiş silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan bildirib ki, o, həbs olunmuş liderləri Jirayr Səfilyanla əlaqə saxlaya bilib. Bu barədə erməni mənbələri məlumat veriblər.

Onun sözlərinə görə, Səfilyan vəziyyətin normallaşdırılması üçün üçüncü variantı təklif edib və hazırda bu hakimiyyət nümayəndələri ilə müzakirə edilir. Avetisyan onu da əlavə edib ki. onların və girovlarının yeməyə ehtiyacı var.

Qeyd edək ki, silahlı qrupun üzvləri təslim olmayacaqlarını bildiriblər və hücum olacağı təqdirdə sona qədər mübarizə aparacaqlar. Qeyd olunub ki, üsyançılar hakimiyyətin dəyişdirilməsi və Jirayr Səfilyanın azad edilməsi tələblərindən geri çəkilməyiblər. Öz hərəkətlərində onlar ictimai dəstəyə arxalandıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin