Rusiyada Leyla adlı azərbaycanlı qızın erməni əsilli Artemlə ailə həyatı qurması ilə bağlı xəbərlər yayılıb. Qadin.az xəbər verir ki, Moskvada baş tutan toy mərasimindən fotolar sosial şəbəkələrdə yayılıb və azərbaycanlı qızın erməni oğlanla ailə qurması sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Sosial şəbəkə istifadəçiləri erməni ilə nikaha girən qıza qınayıcı rəylər yazıblar. Onun düşmən ölkənin vətəndaşı ilə nikaha girməsi təhqir hesab olunub. Rəylərdə Leylanın Azərbaycan vətəndaşlığından çıxarılması kimi tələblər də səslənib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.