“İnsanların sosial vəziyyətinin ağırlaşması cinayətlərin artmasına səbəb olur”x9d

Hazırda oxunan: “İnsanların sosial vəziyyətinin ağırlaşması cinayətlərin artmasına səbəb olur”x9d

104090

Hüquqşünas Müzəffər Baxışov Moderator.az-a açıqlamasında artan cinayətlər və bu cinayətlərin insanların sosial rifahı ilə əlaqəsini şərh edib. Hüquqşünasın sözlərinə görə, sosial vəziyyətin günbəgün ağırlaşması oğurluq və bu qəbildən olan digər cinayətlərin artmasına gətirib çıxardır: “Oğurluq təbii ki, bir sosial hadisədir. Sosial həyatda baş verə dəyişikliklər bu və ya digər cinayətlərin dinamikasının artmasına və ya azalmasına öz təsirini göstərir. Demokratik dövlətlərin təcrübəsi də sübut edir ki, sosial vəziyyəti yüksək olan dövlətlərdə bir qayda olaraq çox az cinayət törədilir. Burada oğurluq cinayətləri də olduqca az olur. Isveçrədə ümumiyyətlə oğurluq cinayətləri törədilmir. Ola bilsin ki, ərəb ölkələrindən bu dövlətlərə miqrantların axın etməsi fonunda bir və ya bir neçə bu cür hal baş versin. Amma belə hallar çox nadir hallarda baş verir.

Azərbaycanda oğurluq cinayətlərinin artmasının ən ciddi səbəblərindən biri insanların sosial durumlarının yaxşı olmamasıdır. Oğuruq cinayətinə görə həbs edilən şəxslərin verdiyi açıqlamalardan da bunu görmək mümkündür. Bu cür şəxslər öz açıqlamalarında bildirirlər ki, oğurluq etmələrinə səbəb sosial durumlarının olduqca acınacaqlı vəziyyətdə olmasıdır. Onların bir çoxu isə banklara borcu olduğu üçün oğurluğa əl atdıqlarını bildirir. Bugünlərdə Tovuz rayonunda bununla bağlı bir oğurluq hadisəsi oldu. Iki dostdan biri banka olan kredit borcunu ödəmək üçün öz babasının iki danasını oğurlayaraq onu toplam iki yüz manata satmışdır. Bu cür hadisələr bir daha təsdiq edir ki, insanların sosial vəziyyətlərinin gündən-günə aşağı düşməsi oğurluq cinayətlərinin meydana çıxmasına səbəb olur. Nəticədə, bu cür cinayətlərin sayı durmadan artır. Lakin bütün bunlara baxmayaraq hesab edirəm ki, insanlarımız hər bir halda Azərbaycan mentalitetinə uyğunxa0 şəkildə hərəkət etməlidirlər. Onlar oğurluqdan çəkinməlidirlər. Çünki oğurluq həm onları, həm də onların ailəsini nüfuzdan salır. Bu, digər şəxslərin də ziyan çəkməsi ilə nəticələnir. Sağlamlığa ağır zədə vurma, qəsdən adamöldürmə kimi cinayətlərdən də insanlar çəkinməldirlər. İnsanlar bəzən aralarındakı problemləri hüquq müstəvəsində həll etmək istəmirlər ki, bu da nəticədə bu cür problemlərin bıçaqla, balta ilə “həlli”x9d ilə nəticələnir”x9d.

M.Baxışovun bildirdiyinə görə, cinayətlərin artmasının əsas səbəblrindən biri də ədalətli idarəetmə sistetinin olmaması, insanların məhkəmələrin ədalətinə ümid etməməsidir:

“Azərbaycanda ədalətli cəmiyyət, ədalətli hüquq-mühafizə sistemi olmadığı üçün insanlar aralarında problemləri məhkəmə yolu ilə, hüquq müstəvisində deyil, linç məhkəmələri vasitəsi ilə həll etməyə çalışırlar. Azərbaycanda baş verən cinayətlərin əsas səbəbi ölkədə ədalətli cəmiyyətin, ədalətli idarəetmənin olmamasıdır. Əgər proseslər bu şəkildə davam etsə, sistemdə ciddi dəyişiklik olmasa, o zaman həm qəsdən adadmöldürmələr, həm oğurluq, həm də digər cinayətlərin sayı daha da artacaq”x9d.

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin