“İlk andaca Orxan Pamukun gözünün odunu aldım" - MÜSAHİBƏ

Hazırda oxunan: “İlk andaca Orxan Pamukun gözünün odunu aldım" - MÜSAHİBƏ

118239
Moderator.az saytı kulturoloq-tənqidçi, “Ədəbiyyat qəzeti”x9dnin şöbə müdiri Aydın xan Əbilovla Nobel ödüllü türk yazarı Orxan Pamuk haqqında danışıb. Qeyd edək ki, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin XI qurultayına gələn məşhur yazıçını Bakıda müşahidə edən kulturoloq həm də onun  daimi oxucularından biridir. Odur ki, Aydın xanla Orxan Pamukun Bakı təəssüratları və bir yazıçı kimi özəlliklərindən danışdıq:

- Bakıda Orxan Pamukla ən çox ünsiyyətdə olan insan siz oldunuz. Bakıda onu təəccübləndirən cəhətlər nələr oldu? 

- Ziyafətlər, yəni bir neçə saat davam edən və ayrı-ayrı şəxslər tərəfindən verilən təmtəraqlı qonaqlıqlar, köhnə binaların fasad və eyvanları, Bakının qədimi və yeni neft buruqları, İçəri şəhər, Qız Qalası və Qara şəhər, köhnə Sovetski küçəsindəki (çox təəssüf ki, indi onlar yoxdu) və Nəsimi rayonundakı qır damlı kiçik evlər yazıçını çox təəccübləndirmişdi. 

Bundan əlavə yazıçının romanlarını rusca tərcümədə oxuyan tələbələrimiz və dediyinə görə, mənim bic-bic suallarım... (gülür)

- Siz o zaman artıq sizinlə dostlaşan Orxan Pamuku təbliğ etdiyiniz üçün jurnalistlərin qınaq obyekti də olmuşdunuz. Öz aramızdı, deyəsən onunla dostluğun üzü astarından baha başa gəlmişdi?

- Başqalarına rəğmən, Orxan Pamuku bütləşdirmək fikrində deyiləm və şəxs olaraq ona qarşı bir elə də duyğusal marağım, insani dostluq münasibətim yoxdur. Onun əsərləri və düşüncələrinə marağım isə böyükdür, sözsüz!!! 

Yazıçılar Birliyinin  XI qurultayına qonaq gələn böyük sənətkarla ikigünlük ünsiyyətdən onun Azərbaycanda qızğın təbliğatçılığıma görə jurnalistlər tərəfindən mənim vurulmağım, hətta ermənilərin tərəfdarı adlandırılmağım, haqqındakı fikirlərim və yazılarım, dostum şair-naşir Səlim Babullaoğluyla birgə Orxan Pamukun mübahisəli "Qar" romanını azəricə nəşr etməyimiz və bir də bu şəkillər qaldı mənə...

Kim olsaydı, Orxan əfəndinin Nobel uğurundan yararlanmağa çalışardı, mənəsə elə bunlar da yetər...

- Orxan Pamuku Bakıda müşaiyət edən zaman nə kimi maraqlı nüansların şahidi oldunuz?

- Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən Orxan Pamuku qarşılamaq və müşayiət etmək mənə tapşırılanda çox sevindim. Orxan bəyi təkrarən Azərbaycana qaytarmaq istəyirdim və boynuma alım ki, "öhdəliyimi" uğurla yerinə yetirdim. 

Hər bir daşında tarixin zərrəsi görünən şəhərimizdə çoxlu şəkillər çəkdi, öz gəlişi ilə isə çağdaş zamanımızı zənginləşdirərək sivil tarixə çevirdi. 

"Bakı müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır", ”” heyrətini gizlətmədi.  

Mən isə elə ilk andaca onun gözünün odunu aldım: 

- Əfəndim, Orxan bəy, bu gün sizi hamı tərifləyəcək, çünki bizlərdə qonağı heç vaxt tənqid etməzlər. Fəqət, mən, bir kulturoloq-tənqidçi olaraq, missiyamı yerinə yetirməyə çalışacağam: bütün günü tərif enerjisini toplayın, gecə isə sizi tənqid atəşinə tutacağam.
Tez sözümü kəsib: 
 
- Aydın bəy, izn ver, Bakı ilə başbaşa durum...

Sözün düzü, gecənin bir yarısı mehmanxanaya qayıdanda söhbət əvəzinə ilk əvvəl "Qar" romanını, sonrakı gün isə "İstanbul: həyatım, xatirələrim " kitabını mənə ərmağan edən yazıçıya sataşmaq məqsədilə dilimi yenə dinc qoymadım: "Orxan bəy, siz tənqidçiyə rüşvətmi təklif edirsiz?.." (gülür)
 
- Səhv etmirəmsə, iki ildən sonra Nobel mükafatı alacaq yazıçını qurultaydan sonra Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü də seçdilər... 

- Qurultaydan bir gün sonra, yəni mayın 19-da Yazıçılar Birliyinin Natəvan klubunda Orxan Pamuk ilə ölkəmizdə fəaliyyət göstərən çoxsaylı elektron və yazılı KİV nümayəndələrinin görüşü ”” jurnalistlərin təbirincə desək, mətbuat konfransı keçirildi. Tədbiri Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açdı. Orxan Pamuk kimi dəyərli türk yazarını Bakıda gördüyündən məmnun qaldığını söyləyən Anar bildirdi ki, AYB İdarə Heyətinin yekdil qərarı ilə tanınmış türk romançısı Yazıçılar Birliyinin fəxri üzvü seçildi.

- Orxan Pamuk o zaman sizin hansı sualınıza cavab verə bilmədi?

- O xoş gündə Orxan Pamuka bir neçə sual verdim:

- Nədənsə, əsərlərinizdə intim səhnələrə çox rast gəlirik: kitabların satışına görəmi, yoxsa çağdaş oxucunu heyrətləndirmək üçündür bu?.. ”” sorğumdan da yayındı.

  ”” Mənim 12 yaşda olan qızım da bir dəfə utana-utana bu sualı məndən soruşanda, cavab verməyə çətinlik çəkdim... 
 Əgər söhbətimiz ancaq bundan - intimlikdən və rənglərdən olacaqsa, onda bizimki alınmaz,-dedi. 

- Qayıdaq “söz”x9d məsələsinə... O zaman Orxan Pamuk şəxsən sizə nə söz vermişdi?

- Orxan Pamuk səfərinin son günü mənə və "Gənclik" nəşriyyatının direktoru Əlican Əliyevə boyun oldu ki, Azərbaycanda əsərlərinin nəşrinə razıdır: "Bircə şərtlə, heç bir maddi marağım yoxdur, para istəmirəm, təkcə bədii çevirmələrin səviyyəsi çox yüksək olsun. Aydın bəyə isə çevirmələrin bədii redaktorluğunu tapşırıram. Əgər kitablarımı buraxsanız, təqdimatına mütləq gələcəyəm, həm də bütün Azərbaycanı gəzəcəyəm..."

- Doğrudu, bu söhbətlər artıq köhnəlib. Amma madam ki, Orxan Pamukdan danışırıq, onda belə bir sual da ünvanlayım: Onun Nobel alması buna o qədər də sevinməyən türk dünyasına nə verdi?

-  Orxan bəyin Nobel mükafatı alması həm də o deməkdir ki, planetimizin elitar və qlobal beynəlxalq tribunalara ”“ YUNESKO, Roma klubu kimi dünya proseslərini istiqamətləndirən beyin mərkəzlərinə çıxış əldə etmişik ”“ buralarda türkün səsi eşidiləcək.  Mən hələ onu demirəm ki, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı kimi Orxan Pamuk hər il türkdilli yazarların əsərlərini İsveç Ədəbiyyat Akademiyasına ”“ Beynəlxalq Nobel Mükafatı Komitəsinə təqdim etmək səlahiyyətini əldə edib.

- Orxan Pamuk Nobel mükafatı alandan sonra bu barədə birmənalı olmayan çox fikirlər səsləndi. O çağlara qayıtmayaq. Amma reallıq budur ki, onu doğma İstanbulundan soyuda bilmədilər...

- Çox təəssüflər olsun ki, bu əlamətdar hadisəyə baxmayaraq, Türkiyə və Azərbaycanda Orxan Pamuka Nazim Hikmət qismətini arzulayanlar da tapılır. Maraqlıdır, Orxan Pamukun sevə-sevə vəsf etdiyi və dünyaya tanıtdırdığı İstanbulu qarış-qarış əcnəbilərə-yadlara satanlar, şəhəri dağıdanlar indi türk millətinin vəkili kimi ”“ guya olmayan "erməni soyqrımı"nı tanıdığını dilə gətirdiyi üçün ”“ bu dünyaşöhrətli məşhur yazarı müxtəlif basqılara məruz qoyurlar. Halbuki Orxan Pamukun kitablarını, xüsusən də sonuncunu köhnə İstanbulun ədəbi saxlanıcı da saymaq mümkündür. 

Elmin NURİ
      

“İlk andaca Orxan Pamukun gözünün odunu aldım- MÜSAHİBƏ" src="//old.moderator.az/fotobaza/original/11149.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin