Cadugərliyə görə.
“İslam dövləti”x9d (İD) terror təşkilatının yaraqlıları Suriyada iki qadını cadugərlikdə ittiham edərək başlarını kəsiblər.
Moderator.az lenta.ru-ya istinadən xəbər verir ki, edam Deyr-əl-Zor vilayətində (Deir al-Zor) baş verib, bu barədə Syrian Observatory for Human Rights hüquq mühafizə təşkilatının rəhbəri Rami Abdulrəhman bəyan edib.
Onun sözlərinə görə, qadınlarla bərabər onların ərləri də edam edilib.
Al Jazeera-nın məlumatına əsasən birinci cütlüyü bazar günü iyunun 28-də, ikincisini isə səhərisi gün iyunun 29-da edam ediblər.
“İlk dəfə Suriyada qadının boynu hamının gözü önündə qılıncla vurulub”x9d, - Abdulrəhman bildirib. Daha öncə islamçılar bu üsulla yalnız arasında yaraqlılar olan və xaricilərin, jurnalistlərin, eləcə də onların fikrincə şəriət qanunlarını pozan kişiləri edam edirdilər.
Mayın 25-də xəbər verilmişdi ki, islamçılar doqquz gün ərzində Suriyanın Palmir şəhərində və onun ətrafında 217 nəfəri edam ediblər.
Bununla yanaşı, qeyd edilir ki, yaraqlılar bütöv ailələri öldürürdülər. Bəzi insanların başları kəsilir, güllələnir və ya doğranırdılar.
Qeyd edək ki, “İslam dövləti”x9d İraqda 2006-cı ildə peyda olub. 2014-cü ilin yayında qruplaşmanın yaraqlıları Suriya və İraqın bir hissəsini nəzarət altına alaraq xilafət yaratdılar.
MKİ-nin fikrincə, İD tərəfindən 30 min yaraqlı döyüşür.

































































































