Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla heç vaxt kokain qəbul etmədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, o bu barədə amerikalı bloger Lora Lumerin "X" sosial şəbəkəsində yayımlanan müsahibəsində bildirib.
"Əlbəttə heç vaxt, əlbəttə ki, xeyr", — deyə o, Makronla birlikdə kokain qəbul edib-etmədiyi barədə suala cavab verərkən deyib.
Daha əvvəl Ukrayna liderinin narkotik vasitələrdən istifadə etməsi barədə onun keçmiş mətbuat katibi Yuliya Mendel bəyanatla çıxış etmişdi.
O bildirmişdi ki, bunu şəxsən öz gözləri ilə görməsə də, bu şayiələri təsdiqləyən bir çox insanla qarşılaşıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:10 / 24.07.2026
Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO
627314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































