Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

Hazırda oxunan: Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

627208

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında (KDR) tüğyan edən Ebola epidemiyası ilə bağlı aparılan işlər və sahədə qarşılaşılan çətinliklər haqqında sosial şəbəkə hesabında paylaşım edib.

Bizim.Media istinadən xəbər verir ki, ÜST rəhbəri epidemiyanın elan edildiyi may ayından bəri 2500-dən çox yoluxma halının qeydə alındığını, 1000-dən çox insanın həyatını itirdiyini və 500-dən çox şəxsin sağaldığını bildirib.

O, ölümlərin böyük əksəriyyətinin müalicə mərkəzlərində deyil, birbaşa yaşayış məntəqələrində baş verdiyinə diqqət çəkib.

Epidemiya ilə mübarizədə ən böyük maneənin təhlükəsizlik problemi olduğunu vurğulayan Qebreyesus bildirib:

"Sabitliyin olmaması və aktiv münaqişələr virusun yayıldığı bölgələrə çıxışı məhdudlaşdırmağa davam etdiyi üçün xəstəliyə yoluxan real insanların sayının rəsmi rəqəmlərdən iki dəfədən çox ola biləcəyi ehtimal edilir".

Epidemiya ilə mübarizədə İturi bölgəsində yoluxmanı azaltmağın və yeni təsirlənən vilayətlərdə imkanları sürətlə artırmağın prioritet olduğunu qeyd edən Qebreyesus, təcili ehtiyac duyulan humanitar dəhlizin açılması üçün atəşkəsə yönəlmiş siyasi addımların atılmasının vacibliyini bildirib.

Texniki çətinliklərlə yanaşı siyasi həllə də ehtiyac olduğunu vurğulayan Tedros Adhanom Qebreyesus məsələyə belə yekun vurub:

"KDR xalqı bu epidemiya ilə təkbaşına üz-üzə qala bilməz. Onların beynəlxalq ictimaiyyətin davamlı dəstəyinə və hər şeydən öncə sülhə ehtiyacları var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin