Nikol Paşinyanın son kadr təyinatları hakim partiyada narazılıq yaradıb

Hazırda oxunan: Nikol Paşinyanın son kadr təyinatları hakim partiyada narazılıq yaradıb

579658
Baş nazir Nikol Paşinyanın son kadr təyinatlarına hakim “Mülki müqavilə” Partiyasında dözümlü yanaşmırlar”.
 
“Report” xəbər verir ki, bunu yerli “Hraparak” qəzeti yazıb.
 
Nəşrin məlumatına görə, hazırda ölkənin maliyyə və təhsil, mədəniyyət və idman nazirləri postlarını bitərəflər tuturlar. Halbuki əvvəllər bütün vəzifələrə hakim partiya üzvləri təyin olunurdu.
 
“Mülki müqavilə”də hesab edirlər ki, N.Paşinyan öz partiyadaşlarından narazıdır.
 
Qəzet yazıb ki, “Mülki müqavilə”nin veteranları Arayik Arutyunyan və Romanos Petrosyan baş nazirin müavini postuna iddia ediblər. Lakin N.Paşinyan bu vəzifəyə bitərəf Tiqran Xaçatryanı təyin edib.
 
Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə şəxs vəzifəsindən azad edilmişdi.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin