"Tramp Nobel sülh mükafatına layiqdir" - Koreya prezidenti

Hazırda oxunan: "Tramp Nobel sülh mükafatına layiqdir" - Koreya prezidenti

223372

Koreya Respublikasının Prezidenti Mun Ce-in hesab edir ki, amerikalı həmkarı Donald Tramp KXDR-in nüvə proqramını dayandırmaq istiqamətində səylərinə görə Nobel sülh mükafatına layiqdir. Bu barədə Cənubi Koreya liderinin ofisinin nümayəndəsi bildirib.

“Prezident Donald Tramp Nobel sülh mükafatını almalıdır. Bizə yalnız sülh lazımdır”, - deyə Mun Ce-in nazirlər kabinetinin iclasının gedişində vurğulayıb.

Xatırladaq ki, ötən həftə ABŞ-ın Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem də “Fox News” telekanalının efirində KXDR-in nüvə proqramını dayandıracağı və Koreya yarımadasında vəziyyətin nizamlanacağı təqdirdə Trampa Nobel sülh mükafatı verilməli olduğunu demişdi.

Aprelin 27-də sərhədyanı Panmuncom məntəqəsində Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında görüş keçirilib. Bu, 10 ildən də artıq bir müddət ərzində Cənubla Şimal arasında yüksək səviyyəli ilk görüş olub.( Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin