İnsan gözünün analoqu yaradıldı - Fotolar

Hazırda oxunan: İnsan gözünün analoqu yaradıldı - Fotolar

215237

ABŞ-ın Harvard Universiteti nəzdində mühəndislik və tətbiqi elmlər məktəbinin (SEAS) alimləri elektron idarəetməyə malik süni göz yaradıblar.

İxtira özündə kvadrat metalinza və polimerlərdən, eləcə də elektrodlardan ibarət süni əzələni birləşdirir.

Belə süni göz insan gözü prinsipi ilə işləyir - linzanın dartılması və sıxılması zamanı yönəldilən fokus ətrafdakı obyektləri seçir.

Süni göz görmə spektrinin qüsurlarını, məsələn, astiqmatizmi korreksiya edə bilir. Alimlərin sözlərinə görə, ixtiranı yalnız oftalmologiyada deyil, həmçinin mikroskoplarda və virtual reallıq eynəklərində də tətbiq etmək mümkündür.(Qafqazinfo)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin