Ermənistanda silahlı qiyamçıların kimliyi məlum oldu: Polislər girov götürülüb

Hazırda oxunan: Ermənistanda silahlı qiyamçıların kimliyi məlum oldu: Polislər girov götürülüb

144764
Ermənistanda bu gün baş verən silahlı hadisələr haqqında yeni informasiyalar daxil olmaqda davam edir.
Polis qüvvələri İrəvanın Erebunu rayonuna gedən yolları mühafizə altına alıb. Jurnalistlərə çəkiliş aparmağa imkan verilmir. 

Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Aşot Aqranyan ermənicə Azadlıq radiosuna xüsusi bəyanat veriləcəyini demişdi. 

Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb. Bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat verib və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.

Bundan əvvəl Feysbook da “Müəssislər Parlamenti”x9d üzvü Varuyan Avetisyan yazıb ki, “Sasnadzerer”x9d təşkilatı silahlı üsyana başlayıb və bir sıra polis məntəqələrini ələ keçirib. 

O cümlədən, Polis İdarəsənin rəis müavinləri Yeqizaryan və Valeri Osipyan girov götürülüb. 

Son məlumata görə, Erebuni rayonunda polis idarəsinin yaxınlığında bütün əhalini evakuasiya edirlər.

Hazırda polis, daxili qoşunlar və xüsusi təyinatlıların böyük qüvvələri əməliyyata cəlb olunub.

Hadisə yerinə ağır zirehli texnika gətirlib.

Bütün bunlar böyük əməliyyatın başlanğıcından xəbər verir.(Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin