Yaponiyada zəlzələdə ölənlərin sayı doqquza çatıb

Hazırda oxunan: Yaponiyada zəlzələdə ölənlərin sayı doqquza çatıb

132048
Yaponiyanın Kyüsyü adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb, ən azı 780 nəfər yaralanıb.xa0

Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, bu barədə təbii fəlakət ilə mübarizə yerli xidməti məlumat yayıb.

Xatırladaq ki, 6,4 maqnituda gücündə zəlzələ 14 apreldə Yaponiyanın cənub-qərbində baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşir.

Ən çox zərər çəkən Kumamoto prefekturasında yerləşən Maşiki qəsəbəsi olub. Evlər dağılıb, yanğınlar çıxıb. Adanın on minlərlə sakini öz evlərini tərk etmək məcburiyyətində qalıblar.

Hökumət təbii fəlakət bölgəsinə xilasedicilərə kömək üçün təxminən 350 hərbiçi göndərib.

Ramil Həsənli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin