Rus Pravoslav Kilsəsi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır.
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin mətbuat katibi Aleksandr Volkov bəyan edib.xa0
O, patriarx Kirillin Ermənistan və Azərbaycan dini liderlərinə müraciətini xatırladıb.
“Rus Pravoslav Kilsəsi sülhyaradıcı prosesə və şeyxülislam Allahşükür Paşazadə və katolikos Qareginin həyata keçirdiyi sülhə xidmət işlərinə kömək etmək üçün əldə olan bütün imkanlardan istifadə edir”x9d, - A.Volkov bildirib.xa0







































































































