İraq Türkiyəni hədələdi...

Hazırda oxunan: İraq Türkiyəni hədələdi...

109933
İraq, Türkiyə Silahlı Qüvvələrinin hücumlarını dəf etməklə hədələdi.

Bu barədə Moderator.az “Ðxa0идуÑx81”x9d-a istinadən xəbər verir.
 
İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin başçısı baş nazirə məsləhət görüb ki, Türkiyə hərbi qüvvələrinin hücumları havadan  dəf edilsin. İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin başçısı Hakim əl-Zamili İraqın Mosul şəhərinə icazəsiz girişinə görə Türkiyə hərbi qüvvələrini hərbi əməliyyatlarla hədələyib. 
KİV-lər bu gün səhər məlumat yayıblar ki, Türkiyə Silahlı Qüvvələrinin tanklarla və artileriya silahları ilə təchiz edilmiş bir batayonu İraqa daxil olub. Guya ki, Türklər terrorçularla mübarizə aparan iraq kürdlərinin döyüşçülərinə təlim keçmək məqsədi ilə gəliblər. 
Hərçənd ki, Əl-Zamilinin məlumatına görə, türklər İraq ərazisinə təkcə bir batalyon  deyil, minlərlə hərbi kontingent yeridiblər. Bu barədə “Voice of Iraq”x9d məlumat yayıb.  Parlamentari həmçinin bəyan edib ki, hərbi qüvvələrlə bərabər İraq ərazisinə onlarla tank və başqa zirehli texnika yeridilib. 
Bağdad Ankaranı başqa dövlətin suverenliyini pozmaqda suçlayıb və öz hərbi qüvvələrinin dərhal özgə dövlətin ərazisindən çıxartmağı tələb edib. 
İraq nümayəndəsi əmindir ki, türkiyə hakimiyyəti bu addıma kürdlərlə razılaşmadan sonra cəsarət edib. Əgər türk əsgərləri öz zirehli texnikaları ilə yaxın vaxtlarda İraq ərazisini tərk etməsələr,  onlara qarşı aviasiyadan istifadə edilə bilər. Əl-Zamili bu təkliflə baş nazir Heydər əl-Əbadiyə məktub göndərib. 
Baş nazir də həmçinin Türkiyə Silahlı Qüvvələrinin İraqa girməsini mühakimə edib və qeyd edib ki, bu silahlı qüvvələr “təcili ölkədən çıxmalıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin