Tovuz sakini minaya düşüb.
Moderator.az-ın Kəpəz TV-yə istinadən verdiyi xəbərə görə, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb.
H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarındam ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.