Sumqayıtlı sahibkarlar top-tüfənglə hədələnir - QANUNSUZLUQ

Hazırda oxunan: Sumqayıtlı sahibkarlar top-tüfənglə hədələnir - QANUNSUZLUQ

31223

Sumqayıtda Daş bazarının köçürülməsi prosesi çərçivəsində sahibkarlarla Şəhər İcra Hakimiyyətinin  yetkililəri arasında qarşıdurma kəskinləşməkdədir. Bu barədə Moderator.az saytını bilgiləndirən sahibkarların sözlərinə görə, əraziyə gələn yetkililər onları məqsədli şəkildə təxribata sövq edir: 

 

“Mülkiyyət hüquqlarının aşkar şəkildə pozulması ilə müşahidə edilən köçürülmə prosesinin qarşısını almaq üçün göstərdiyimiz bütün cəhdlər hələ ki, ciddi nəticə vermiş deyil. Əksinə, məmurların bizimlə davranışı göstərir ki, bizim dinc etirazımızın zorakı etiraza çevrilməsi bəzi məmurların marağına cavab verir. Ötən gün haqlı etirazımıza münasibət bildirən Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkililərindən biri açıq şəkildə qeyd etdi ki, “bizim topumuz da, tüfəngimiz də var və biz heç nədən çəkinmirik. Məmurların bu açıqlaması bir daha təsdiq edir ki, seçki öncəsi vətəndaşları narazı salmaq, qarşıdurma yaratmaq kimlərinsə marağına xidmət edir. Hesab edirik ki, ölkə rəhbərliyi bu cür harınlamış məmurlara qarşı ciddi addımlar atmalı, daxili sabitliyi pozmağa çalışan bu şəxslərin öz maraqları naminə təxribat törətməsinə imkan verməməlidir”.

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin