Hacı Madər vəzifəlilər üçün iftar süfrəsi açdı -ÖZƏL

Hazırda oxunan: Hacı Madər vəzifəlilər üçün iftar süfrəsi açdı -ÖZƏL

31202


Ramazan ayı münasibətilə imkanlı olan şəxslərin iftar məclisləri düzənləməsi təbii haldır. Ancaq əksər hallarda bu cür iftar məclislərində hansısa imkansızlar deyil, ayrı-ayrı varlı adamlar, vəzifəlilər dəvət edilir. Moderator.az-ın xəbərinə görə, belə məclislərdən birini də Milli Məclisin deputatı, tanınmış iş adamı Hacı Madər Musayev təşkil edib. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Hacı Madər Binəqədi rayonu ərazisindəki şəxsi evində düzənlədiyi iftar məclisinə 200-dək qonaq dəvət edib. Qonaqların əksəriyyəti ayrı-ayrı nazirlər, nazir müavinləri, deputatlar, bir sıra rayonların icra hakimiyyətlərinin başçıları və tanınmış iş adamları olub. 
Mənbəmizin məlumatında o da bildirilir ki, məclisdən əvvəl Hacı Madərin həyətində ciddi təhlükəsizlik tədbirləri də görülüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin