İçərişəhərdə çadırlar qurulacaq - etiraz dalğası böyüyür

Hazırda oxunan: İçərişəhərdə çadırlar qurulacaq - etiraz dalğası böyüyür

31055
Təmiz dünya” İctimai Birliyinin İçərişəhərdə yerləşən ofisinin dağıdılmasından sonra qadın sığınacağı müvəqqəti olaraq başqa bir ünvana köçürülüb. Ancaq yeni ünvanda da təşkilatın və sığınacağın fəaliyyəti üçün heç bir şərait yoxdur.

 Moderator.az-ın xəbərinə görə, Birliyin rəhbəri Mehriban Zeynalova AzNews.az-a bildirib ki, gün ərzində yeni ofislə təmin edilmək üçün İçərişəhər Dövlət Qoruğunun cavabını gözləyir: “Əgər bu gün bizə cavab verilməsə, İçərişəhərdə çadır qurub sığınacaqdakı qadınları ora yerləşdirməkdən başqa çıxış yolu görmürəm. Ofis mənim şəxsi mülkiyyətimdir, hazırda söhbət təkcə mənim mülkiyyətimə dəyən ziyandan getmir. İşimiz, layihələrimiz tamamilə dayanıb. Hazırda sığınacaqda 5 qadın var və onların da vəziyyəti acınacaqlıdır”.

Qeyd edək ki, dünən ATƏT nümayəndələri birliyin dağıdılan ofisinə baş çəkərək vəziyyətlə tanış olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin