“Müasir İnkişaf”x9d İctimai Birliyinin ofisində “Milli Kimlik”x9d Araşdırma Mərkəzinin təşəbbüsü və təşkilatçılığı iləxa0“Milli kimliyimizə real təhlükə: radikal qruplar”x9dxa0mövzusu müzakirə edilib.
Tədbirdə “Müasir İnkişaf”x9d İctimai Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoruxa0Aqil Eyvazovxa0çıxış edərək müzakirə edilən mövzunun kifayət qədər aktual olduğunu, bu məsələlərin müzakirəsinin həm cəmiyyət, həm də dövlətçilik baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi. O, milli kimliyimizə qarşı xarici qüvvələrin dəstəyi ilə davamlı olaraq müxtəlif KİV, sosial şəbəkələr, QHT-lər və digər vasitələrlə aparılan məqsədyönlü
fəaliyyətdən ətraflı bəhs etdi.
xa0
“Müasir İnkişaf”x9d İctimai Birliyinin sədr müavini, hüquqşunasxa0Aqşin Atalızadəxa0çıxış edərək bildirdi ki, hazırda cəmiyyətdə radikal qrup deyəndə ilk növbədə radikal düşüncəli dini qruplaşmalar başa düşülür: “Əlbəttə bu qruplar arasında milli mənəvi dəyərlərin inkarı düşüncəsi mövcud olsa da milli kimliyə qarşı təhlükəni sadəcə onlarla məhdudlaşdırmaq olmaz. Milli-mənəvi dəyərlərə qarşı mənfi münasibət ifrat mill-etnik qruplar arasında da mövcuddur. Məsələn, bir müddət öncə internetdə islamı inkar edən, tenqriçiliyə “qayıtmağı”x9d təbliğ edən qruplar ”“ türkçülər mövcud idi. Eləcə də hazırda ifrat müasir, liberal düşüncəli insanlar var ki, onlar arasında da istənilən növ milli-mənəvi dəyərləri inkar etmək, bunu keçmişin bir qalığı kimi təbliğ etmək düşüncəsi mövcuddur. Bu baxımdan formasından asılı olmayaraq milli-mənəvi dəyərləri inkar edən istənilən növ radikal qrup milli kimliyə təhlükə sayıla bilər. Hazırda ölkəmizdə çoxlu sayda liberal, ateist, dini və s. təmayüllü qruplaşmalar mövcuddur. Onların formalaşmasına səbəb cəmiyyətdə müəyyən sahələrdə boşluğun olması və bu boşluqdan faydalanmalarıdır. Bu qruplaşmalar özündə fərqli sayda insanı birləşdirir. Lakin sayından asılı olmayaraq bu qruplar, üzvləri üçün daha güclü bağlılıq təbliğ edilər. Bu da nəticədə onun üzvlərinin öz doğmalarından, yaxınlarından, ailəsindən, millətindən, dövlətindən uzaqlaşmasına gətirib çıxarır. Bu qrupların üzvləri arasında digərlərinə qarşı düşmənçilik fikrinin təbliğ olunması isə bütövlükdə cəmiyyətin parçalanmasına gətirib çıxarır ki, bu da milli kimlik üçün böyük təhlükə hesab olunmalıdır”x9d.
xa0
“Müasir İnkişaf”x9d İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşıxa0Mübariz Göyüşlüxa0bildirdi ki, milli kimlik mövzusunda, o cümlədən ideoloji sahədə bir sıra məqamlarla bağlı boşluqlar olduğu üçün radikal qruplar o sahələrə nüfuz etməyə çalışırlar; həmin ideoloji məqamlarla bağlı mövcud olan suallara birmənalı şəkildə aydınlıq gətirilməlidir. Onun dediyinə görə radikal qruplar həm bu məqamdan, həm müəyyən sosail problemlərin mövcudluğundan yararlanmağa, Azərbaycan vətəndaşlarını öz dövlətinə, millətinə qarşı qoymağa çalışır.
xa0
Tarixçixa0Elmar Musayevxa0radikal qrupların təhlükəli fəaliyyətindən bəhs edib. O, bildirib ki, bu cür fəaliyyətlərin əsas hədəfi milli-mənəvi dəyərlərin məhv edilməsidir. Onun sözlərinə görə hər bir QHT, ziyalı, jurnalist, bir sözlə hər bir vətəndaş milli-mənəvi dəyərlərin daha geniş şəkildə təbliğ olunmasına çalışmalıdır.
xa0
AMEA-nın əməkdaşı, sosioloq alimxa0Əhməd Qəşəmoğluxa0bildirib ki, radikal qruplar və onlara dəstək verənlər sistemli şəkildə milli kimlik anlayışımıza müdaxilə edir, cəmiyyətin formalaşmasına, birliyinə maneçilik törədirlər.Bu müdaxilənin qarşısını almaq üçün elmi yanaşma və birgə fəaliyyət proqramı ortaya qoymaqla, təşkilatlanmış şəkildə çalışmaq lazımdır. Ə.Qəşəmoğlu bütün fəaliyyətləri dövlət qurumları ilə koordinasiyalı şəkildə reallaşdırmağı düzgün yol olduğunu qeyd edib. Sosioloq son dövlər intihar hallarının sayının artmasından, ailələrdə yaranan narazılıqlardan, “gərgin ailə”x9dlərin sayının çoxalmasından danışaraq həyacan təbilini çalmağın vaxtının çatdığını qeyd edib.
xa0
Araşdırmaçıxa0Taleh Həsənovxa0bildirib ki, son zamanlar mənfur qüvvələr tərəfindən məqsədli olaraq cəmiyyətimizdə dövlətə qarşı mənfi fikir formalaşdirılır: “Müxtəlif vasitələrlə ”“ dövlətin əleyhinə yalan və şişirdilmiş məlumatlar yaymaqla vətəndaşlarda dövlətə olanxa0 inamını sarsıtmaq üçün hər cur vasitəyə əl atırlar. Ona görə də, belə vəziyyətdə həm dövlət strukturları, həm də vətəndaşlar, gənclər ayıq olmalıdır”x9d.
xa0
Araşdırmaçıxa0Fəqan İbrahimxa0son illərdə ailəli qadınların ailəli kişilərə qoşulub qaçması, nigaha girənlərin sayının azalması, buna rəğmən boşanmaların sayının artmasını və s. cəmiyyətimiz üçün törətdiyi təhlükələrdən danışıb: “Toy və yas mərasimlərinin dini və milli adət ənənəmizə zidd şəkildə keçirilməsi adi hal kimi qarşılanır. 15-20 il bundan qabaq özümüzə yaraşdırmadığımız, ayıb qəbul etdiyimiz vərdişləri indi rahatlıqla qəbul edir, adiləşdirir və yayılmasına səbəb oluruq. Cəmiyyətimizin düzəlməsi üçün yalnız tənqid etməklə, qınamaqla kifayətlənməyib özümüzü və ətrafımızı düzəltməyə çalışmalıyıq”x9d.
xa0
“Müasir İnkişaf”x9d İctimai Birliyinin üzvü, iqtisad üzrə fəlsəfə doktoruxa0Fərid Eyvazovxa0ümummilli lider Heydər Əliyevin islam dininə, milli-mənəvi dəyərlərə yüksək qiymət verdiyini qeyd edərək gəncləri azərbaycançılıq və islam adət-ənənəsi ilə tərbiyə etməyin zəruriliyindən danışdı. F.Eyvazov deyib ki, dinin dövlətdən ayrı olması dövlətin dinsiz olması anlamına gəlmir. Çıxışçı deyib ki, cəmiyyət radikal qruplaşmalara qarşı mübarizədə qətiyyətli olmalıdır. “Yalnız bu yolla qloballaşan dünyada Azərbaycanı qoruyub-saxlaya, daha da inkişaf etdirə bilərik”x9d ”“ deyə F.Eyvazov qeyd edib.
xa0
Araşdırmaçıxa0Şahmar Nəbiyevxa0əsrin bəlası olan narkomaniyanın Azərbaycandan da yan ötmədiyini deyib: “Hal-hazırda 30000-dən çox rəsmi qeydiyyatda olan, müxtəlif yaş təbəqələrindən ibarət narkotik aludəçisi soydaşımız var. Onları düçar olduqları bu bəladan xilas etmək üçün onlara dostcasına yanaşmalı və mərhəmətlə yaralarını sarımalı, cəmiyyətə fiziki və mənəvi cəhətdən sağlam insan kimi qaytarmalarına cəhd göstərməliyik”x9d.
xa0
Araşdırmaçıxa0Yusif Ədilovxa0qeyd edib kİ, ailə cəmiyyətin ən kiçik, amma ən vacib tərkib hissəsidir: “Yaşadığımız cəmiyyət bu ailələrin birləşməsi nəticəsində yaranıb. Həmçinin cəmiyyətlər, dövlətlər də ailə üzərində qurulur. Ailə dəyərlərin uçaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, hər bir insanın ilk təhsil və tərbiyə aldığı, şəxsiyyət və xarakterinin formalaşdığı bir qurumdur. Azərbaycanı digər ölkələrdən fərqləndirən ən əsas amillərin başında məhz ailə quruluşu dayanır. Çünkü ölkəmizdə ailədə gələcək nəsillərə ötürülmək üçün böyüyə hörmət ”“ kiçiyə şəfqət, vətənpərvərlik, bizi yaradan Allaha iman, onun əmr və qadağalarına sorğu ”“ sualsız əməl etmək tərbiyəsi verilir. Amma təəssüf ki son dövrlər “Avropaya inteqrasiya”x9d adı altında reallaşan “qərb mədəniyyəti”x9dni mənimsəmə cəhdi Azərbaycanı Azərbaycan, türkü türk edən, Rəbbimizin bizə əmr etdiklərinə və bizə böyüklərimizdən miras qalan, bizim də qoruyub gələcək nəsillərə ötürməli olduğumuz milli dəyərlərimizə, ailə mədəniyyətimizə mənfi təsirləri çoxdur”x9d. Çıxışçı qərb ölkələrinin qadın azadlığı adı altında problemləri artırmasını, teleseriallar vasitəsilə, o cümlədən internetdə ziyanlı təbliğat aparılmasını tənqid edib.
Sonda milli kimliyimiz və ona təhlükə törədə biləcək mövzuların ayrı-ayrılıqda müzakirə edilməsi, müzakirələrin yekun nəticələri ilə bağlı müvafiq qurumlara təkliflər verilməsi, bu cür tədbirlərin daha geniş auditoriyalarda müzakirəyə çıxarılması, media vasitəsilə ictimailəşdirilməsi, cəmiyyətin daha geniş qruplarının müzakirələrə və fəaliyyətə cəlb edilməsi qərarlaşdırıldı.
Dialoq.info
































































































