Rus Milli Qəhrəmanının cəsədi İŞİD-dən geri alındı...

Hazırda oxunan: Rus Milli Qəhrəmanının cəsədi İŞİD-dən geri alındı...

134171
Suriya kürdləri Palmira şəhəri ətrafında gedən döyüşlərdə həlak olan baş leytenant Aleksandr Proxorenkonunu cəsədini Rusiya nümayəndələrinə təhvil veriblər.

Rusiya KİV-i xəbər verir ki, kürd dəstələrinin rəsmisi Kidur Xalil cəsədin İŞİD-lə aparılan danışıqlardan sonra geri alındığını deyib.

“Rusiya hökumətinin xahişi ilə Palmira ətrafında ölən rus zabitinin cəsədini İŞİD-lə aparılan danışıqlardan sonra geri ala bildik”x9d.

25 yaşlı Aleksandr Proxorenko martın 24-də Suriya ordusu ilə İŞİD arasında Palmira şəhəri uğrunda gedən döyüş zamanı həlak olmuşdu. Ölümündən sonra ona Rusiya Milli Qəhrəmanı adı verilib.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin