Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, oğul 78 yaşlı anasını döyərək öldürüb.
Aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Lidiya Avşarovnanın üzərində döyülmə əlamətləri olan meyiti mənzilində tapılıb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.




































































































