Bakıda intihara cəhd hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Varobiski adlanan ərazidə yerləşən 9 mərtəbəli binanada qeydə alınıb. Kimliyi bilinməyən qadın binanın dam hissəsinə çıxaraq özünü atmaq istəyib. Sakinlərin müdaxiləsiylə qadını intihara cəhddən döndərmək mümkün olub. Hadisə yerinə sonradan polis əməkdaşları gəlib.
Moderator.az-ın hadisə yerində olan əməkdaşı görüntüləri qeydə alıb.




































































































