Kredit borcu hansı hallarda ödənməyə bilər?

Hazırda oxunan: Kredit borcu hansı hallarda ödənməyə bilər?

125962
Son zamanlar kredit borcu olan şəxslərin məhkəmələrə müraciət etmələri, borcu ödəməmələri ilə bağlı məlumatlar geniş yayılır. 

Borcun tutulmasına dair məhkəmə qərarını (qətnamə və s.) icra etməyən şəxsin (borclunun) cinayət məsuliyyətinə cəlb edilməsi hansı hallarda mümkün deyil? 

Bu sualla vəkil Paşa Səfərova müraciət etdik. Vəkil Paşa Səfərov Moderator.az-a açıqlamasında bildirib ki, Konstitusiyanın 129-cu maddəsinin I və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir: 

"Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında”x9d Qanunun 5-ci maddəsində də öz əksini tapıb. Belə ki, həmin maddəyə görə,  məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Məkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini isə “İcra haqqında”x9d Qanunun müəyyən edir. 

Bəzən bütün bunlara baxmayaraq şəxs (borclu) məhkəmə qərarını icra etməkdən müəyyən səbəblərdən (üzürlü və ya üzrsüz) yayınır. Belə olan halda şəxs (borclu) həm inzibati (İnzibati Xətalar Məcəlləsi, maddə 528), həmdə cinayət (Cinayət Məcəlləsi, maddə 306.1) məsuliyyəti daşıyır".

Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə şəxs min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair”x9d Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. 

Sözügedən norma (306.1) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icra edilməməsinin iki üsulunu nəzərdə tutub:

məhkəmə aktlarını qərəzli icra etməmə;

məhkəmə aktlarının icrasına maneçilik törətmə.

Şəxsin (borclunun) məhkəmə qərarını icra etməməsi ilə bağlı cinayət məsuliyyətinin yaranması üçün məhkəmə aktını qərəzli icra etməmə əlamətinin olması mütləqdir.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair”x9d Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarında həmçinin göstərilir ki, ...icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir.

Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:

- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

- borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

Sadalanan halların mövcudluğu baxımından istər icra məmuru, istərsə də borclu tərəfindən müəyyən hərəkətlərin edilməsi, həmin hərəkətlərin dairəsi bir qayda olaraq “İcra haqqında”x9d Qanunla tənzimlənmişdir. Lakin borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasının müəyyən edilməsi bir qədər fərqli xüsusiyyətə malikdir. Belə ki, təcrübədə icra olunmayan icra sənədlərinin əksəriyyəti məhz borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanının olmaması səbəbindən yaranır. Bu səbəbin araşdırılması və onun mümkün olub-olmaması barədə məsuliyyət birbaşa olaraq icra məmurunun üzərinə düşür. Eyni zamanda həmin imkanın olmamasını sübut etmək birbaşa borclunun vəzifəsidir.

Borclunun məhkəmə qərarını icra etmək niyyətində olması, mülkiyyətində daşınar və ya daşınmaz əmlakın, eyni zamanda hər hansı bir gəlirinin olmaması özlüyündə faktiki imkanının olmaması demək deyil.

Faktiki imkan olmaması şəxsin məhkəmə qərarını icra etmək niyyətində olması və bu barədə yazılı münasibət bildirməsi, eyni zamanda icra etmək üçün müəyyən hərəkətlərin etməsi sonunda belə bir arzunun həyata keçirilməməsinin mümkünsüzlüyüdr. Məsələn, borclu məhkəmə qərarını icra etmək niyyətindədir, lakin xəstəliyi ilə bağlı hər hansı iş görmək qabiliyyəti yoxdur və bunun üçün məhkəmə qərarının, konkret olaraq borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət (əmək fəaliyyəti ilə məşğul olmaq və s.) edə bilmir. Yaxud borclu əmək qabiliyyəti malik olan şəxsdir, qanunvericiliklə nəzərdə tutulan qaydada işlə təmin olunması üçün müvafiq qaydalar üzrə hərəkət etmiş, lakin onun istəyinə uyğun olaraq onun işlə təmin olunması mümkün olmayıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin