İtkin düşənlərdən 3-ü bu rayondandır...

Hazırda oxunan: İtkin düşənlərdən 3-ü bu rayondandır...

110136

ANS RESS-in bölgə müxbirinin verdiyi məlumata görə, onlardan biri dekabrın 4-də “Neft daşları”x9dnda baş verən qəzada itkin düşən 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyevdir. O, rayonun Əbilyataq kəndindəndir.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşən 29 neftçidən də 2-si Xaçmaz rayonundandır.

1968-ci il təvəllüdlü Ağa Mahmudov rayonun köhnə Xudat kəndindən, digər isə 1983-cü ildən Edik Rzaxanov Xaçmazın Xudat şəhərindədir.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli”x9d yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli”x9d yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin