Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ
Son dövrlərdə Türkiyənin informasiya məkanında Azərbaycana qarşı sistemli hücumlar, qarayaxma kampaniyası aparılır. İlk vaxtlarda bu hücumları hansısa dairələrin “özfəaliyyəti” kimi təqdim etmək olardı.
Lakin son günlərdə Türkiyə rəsmilərinin də kampaniyaya aktiv şəkildə qoşulması məsələnin əsl üzünü ortaya çıxardı.
Belə ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral, o cümlədən hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri hicab bəhanəsi ilə Azərbaycanın daxili işlərinə müdaxilə edən bəyanatlar səsləndirdilər.
Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral X platformasındakı paylaşımında qeyd edib ki, Azərbaycanda hicablı şagirdlərin tə...