Bakı Qızlar Universitetinin tələbələri özəl universitetlərə köçürüləcək– RƏSMİ
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri müəyyən edilməyib.
“Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etd...