Azərbaycanda mənzillər KƏSKİN BAHALAŞIB – RƏSMİ
Bu ilin III rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb.
Bu ilin II rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 1,4% yüksəlib.
Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,3%, təkrar mənzil bazarı üzrə isə 1,4% artım qeydə alınıb.
Bizim.Media...