Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Mayın 17-dən 22-dək...
WUF13 iştirakçıları üçün ictimai nəqliyyat haqqında məlumat yayılıb.
WUF13 Əməliyyat Şirkətindən Bizim.Media-ya verilən məlumata görə, Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.
Bildirilib ki, metro və avtobuslarda ödəniş üçün “BakıKart”, dəmir yolu səfərləri üçün isə “ADY kart” istifadə edilir. Ödənişlər həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər:
"WUF13 məkanına ən yaxın metro stansiyası “Koroğlu”dur. Metro hər gün saat 06:00-dan 00:00-dək, Abşeron dairəvi dəmiryol...