Erik Davidoviç Azərbaycana buraxılmadı

Hazırda oxunan: Erik Davidoviç Azərbaycana buraxılmadı

92251
Məşhur rusiyalı bloger Erik Davidoviç Gürcüstandan Azərbaycana buraxılmayıb. 

Moderator.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Erik Davidoviç və onun çəkiliş qrupunu "Sınıq körpü" nəzarət-buraxılış məntəqəsində Azərbaycan gömrükçüləri saxlayıblar. 

Gömrükçülər blogerin avtomobilində dron aparatının (pilotsuz uçan aparat) olduğunu əsas gətiriblər və onun daşınmasının qadağan edildiyini bildiriblər. Azərbaycan sərhədini keçə bilməyən Erik Davidoviç və qrupu Tiflisə dönməyə məcbur olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin