"Bredlə ailə böhranları haqqında danışmaq hələ tezdir. Çünki biz hələ yeni evliyik". ANS PRESS-in məlumatına görə, bunu müsahibəsində dünyanın ən gözəl qadınlarından biri, Hollivudun ən məşhur ulduzu Ancelina Coli deyib.
Planetin ən seksual aktrisası haqqında yayılan boşanma xəbərlərinə də münasibət bildirib. Qeyd edək ki, ötən günlərdə onun əri Bred Pitlə qaldığı oteldə dava etdiyi, Bredin nəyəsə əsəbləşdiyi və əl-qol hərəkəti ilə danışıqdan sonra oteli tərk etdiyi, Colinin gözlərinin dolaraq siqaret çəkməyə başlaması haqqında xəbərlər yayılmışdı.
"Biz ki, yeni evliyik. Yeni ailə vəziyyətinə adaptasiyadan keçirik. O vaxt biz sadəcə birlikdə yaşayırdıq, indi isə ər-arvadıq. Və bu mənim xoşuma gəlir".
Aktrisa qapalı insan olduğu üçün həyatına yadları buraxmağı sevmədiyini deyib.
Coli uşaqlarının gələcək kariyerası məsələsinə də toxunub. O, bu haqda danışmaq üçün hələ erkən olduğunu qeyd edib. "Hələ böyük oğlum Meddoksun 13 yaşı var. Düzdür, biz razılaşmışıq ki, növbəti filmdə o rejissor köməkçisi olacaq. Amma onun gələcək qərarına hər hansı təsir etmək barədə söhbət gedə bilməz. Mən onları əsl insan kimi böyütmək istəyirəm. İstəyirəm ki, onlar başqalarının problemlərinə can yandırsınlar. Peşə ikincidir. Balaca qızım Vivien də "Malifisenta"da epizodik rola çəkilib. Amma o bunu anasının dalınca quyruq kimi gəzməyi sevdiyi üçün edib. O özü heç nə baş verdiyini anlamır hələ".
Aktrisa uşaqlarını tez-tez çəkiliş meydanına gətirdiyini deyir. Onun sözlərinə görə, xüsusilə doğma qızlarının meydanda olması ona anasının yanında hiss etməsinə kömək edir.
Jurnalistin əri Bred Pitt ilə eyni filmdə rol alması barədə sualına isə Colinin cavabı daha maraqlı olub. "Mən aktyorlara əmr vermirəm və bunu sevmirəm. Çünki özüm də aktrisayam və işin keyfiyyəti üçün sərbəstlik olmalıdır. Bu filimdə də diktatorludan söhbət gedə bilməz".










































































































