Britaniyalı aktyor Rouen Atkinson (Mister Bin) və onun arvadı Sunetra Sastri 24 illik evlilikdən sonra ayrılıblar.
Moderator.az xəbər verir ki, cütlüyün ayrılmasının aktyorun “ağılsız davranışı”x9d səbəb olub.
Rouen Atkinson və Sunetra Sastri
Boşanma haqqında qərarı Londonun Mərkəzi Ailə məhkəməsində hakim Stiven Alderson verib. İş üzrə dinləmələr bir dəqiqə davam edib. Cütlük məhkəmədə iştirak etməyib.
60 yaşı olan Mister Bin bir ildən çoxdur ki 32 yaşlı aktrisa Luiz Fordla görüşür.
Rouen Atkinson və Luiz Ford
Qeyd edək ki, Rouen Atkinson və Sunetra Sastri 1990-cu ildə evləniblər. Cütlüyün iki uşağı var.
Bahalı avtomobillərin kolleksiyaçısı kimi tanınan Atkinsonun sərvəti 70 milyon funt sterlinq dəyərində qiymətləndirilir.






























































































