Prezident İlham Əliyev Abdullah Gülü təbrik edib

Hazırda oxunan: Prezident İlham Əliyev Abdullah Gülü təbrik edib

35873

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə təbrik məktubu ünvanlayıb.
Moderator.az  AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin milli bayramı ”“ Respublika gününün 90-cı ildönümü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Biz bu tarixi günün qürurunu Türkiyə xalqı ilə bölüşür, sevincinizə qoşuluruq.

Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri ortaq mənəvi dəyərlərimizdən və tarixi köklərimizdən güc alır. Sarsılmaz birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməl daşıdır.
İnanıram ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə daim böyük töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin