Kişilər hansı qadınlara meyillidir?

Hazırda oxunan: Kişilər hansı qadınlara meyillidir?

62291
Kişilər hündürdaban ayaqqabı geyən qadınlara daha çox kömək edirlər. Hündür ayaqqabıların kişilərin diqqətini hər şeydən çox cəlb edir. 

Fransadakı Bretagne-Sud universitetinin mütəxəssisləri bunu müəyyən etmək üçün kiçik bir araşdırma aparıblar.

Nikolas Quequen və komandası hündürdaban və düz ayaqqabı geyən xanımların kişilərə yaxınlaşaraq sorğuda iştirak etmək üçün blank doldurmalarını xahiş etməsini istəyib.

Təcrübədə əvvəlcə düz, sonra isə hündürdaban geyən qadınlar iştirak ediblər. Bu zaman qadınlar əllərindəki əlcəyin bir tayını yerə salmalı olublar.

Nəticədə bəlli olub ki, kişilər hündürdaban qadınlara kömək etməkyə daha çox meyillidirlər. Belə ki, onlar belə ayaqqabı geyən qadınlarla asan ünsiyyət qurur, onların istəklərinə daha həvəslə cavab verir, əlcəklərini götürmək üçün daha cəld kömək ediblər.

Bununla da kişilərin qadınlarla ünsiyyəti zamanı xarici görünüşün nə qədər böyük rol oynadığı bir daha sübut edilib.(azxeber.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin