Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO/VİDEO

631301

Müğənni Pəriyar Məmmədova və meneceri İslam Kamaloğlu Bakıda iki nəfər tərəfindən fiziki zorakılığa məruz qalıblar.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:
 

"İki nəfər şəxs mənim ünvanıma nalayiq sözlər ifadə etdilər. Sonra isə həmin iki nəfər tərəfindən köməksiz vəziyyətimdən istifadə edərək döyüldüm, fiziki zorakılığa məruz qaldım. Alnım şişib, gözümün altı göyərib, bədənim qollarım hematoma olub, barmağım isə travma alıb".


Pəriyar Məmmədova hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib və təqsirkarların tapılmasını istəyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin