Sevgi və həyat

Hazırda oxunan: Sevgi və həyat

66605

Sevgi həyatdır. Bəli həyat . Həyat təbiət, təbiət isə hadisədir. Sevgini təbiətlə qıyaslasaq sanki oxşar cəhətləri coxdur.
Təbiətdə baş verən hadisələr sevgidə də eynən olduğu kimidir. Təbiətdə günəşin istisi -sevgi , yağmuru -həsrət, ildırımı - sevənlər arasında mubahisə, qışı isə sevənlərin ayrılığına bənzəyir .
Yaz sevginin başlanğıcı, qığılcımı, yay- sevginin özü, payız sevgidə ayrılıq, qış isə sevgidə son deməkdir .
Müqayisədə sevginin başlanğıcı bahar fəslinə bənzəyir. Sanki sevgidə iki insanın bir -birinə yanaşması, tanışlığı, baxışması kimi, təbiətdə güllərin açması sevənlərin gülüşü, şəlalələrin, çayların daşması isə sevənlərin çılqınlığına bənzəyir .
Sevənlərin bir - birlərinə xoş sözlərlə yarışması isə günəşin şüasına onun istisi qədər insanın qanına yayılır.
Quşların cəh-cəhi isə sevən gənclərin pıçıltısıdı. Yaz fəslində çiçəklər daşları yarıb çıxır. Bax sevginin başlanğıcı budur .
Yay isə SEVGİDİR .
Yayda yağan yağış sevənlərin sevinc göz yaşlarına bənzəyir. Yayda dənizin rəngi sevənlərin gözlərinin işıltısından xəbər verir, kəpənəklər isə ən təmiz yerdə uçuşurlar, bu da sevənlərin təmiz qəlblərindən, gözəl düşüncələrindən danışır. Gözəl düşüncələr, gələcəyə qurulan planlar.
Payız - araya düşən soyuqluq. Şimşək sevənlərin qəzəbidir sanki. Ayrılıq, narahatçılıq, həsrət, yağan leysan isə sevənlərıin həsrət göz yaşlarıdı. Əsən külək isə gedib - gələn şübhələr, küləkdə göyə sovrulan daş, qum parçaları isə sevənlərin bir-birinə dedikləri acı sözlər , o sözlər ki, küləkdə daş, qum parçaları kimi üzümüzə vurulur. Tozun gözümüzə girməsi kimi
acı sözlər kimi qəlbimizi göynədir .
Qış fəsli ... Sevgiyə son ”¦Ayrılıq kimi soyuq. Soyuq ağ qar öz yorğanına bürüyüb hər tərəfi donmuş qəlblər kimi, buz da hərəkət etməyə qoymur, donmuş düşüncələr kimi. Buz ayrılıqdı , sevənlər ayrıldıqda buz kmi yerində donub qalan hisslər kimi .
Gözəl oxucum. Sevgi həyatdır, amma son olmamalıdır. Sevdiyin insanı olduğu kimi qəbul et . Yaxşısıyla, psisiylə, sanki bu təbiətdə baş verən hadisələr kimi. Bəli sevgi həyatdır. Sevgi sənsən. Sən də həyat və mənim dünyam.

 

Arzu Müzəffərova

 

Pozitiv Psixoloji Mərkəzin rəhbəri, praktik psixoloq

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin