İşlədiyi yeri, 8 avtomobili soydu - VİDEO

Hazırda oxunan: İşlədiyi yeri, 8 avtomobili soydu - VİDEO

74243
Sabirabaddan Bakıya işləməyə gələn 20 yaşlı gənc oğurluğa başladı

Sabirabad rayonundan paytaxda işləmək məqsədilə gələn Pərviz Hüseynli  bir müddətdən sonra daha asan yolla qazanc etmək fikrinə düşüb. 20 yaşlı gənc ilk olaraq 9-cu mikrarayon ərazisində fəaliyyət göstərən kafelərin birində ofisiant işləyərkən seyfdən 1700 manat nəğd pul oğurlayıb. Daha sonra oğurluğu özünə peşə seçən gənc şəhərin əsasən 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda 8 avtomobili soyub. 

Binəqədi polisi tərəfindən saxlanılan Pərviz Hüseynli   törətdiyi cinayət əməllərini səmimi etiraf edib: "Maşınların içindən pul, maqnitafon aparmışam. Çox vaxt maqnitafonu götürmürdüm, daha çox pul, qızıl, telefon götürürdüm. Onları da cəmi 2000 manata yaxın pula satıb, xərcləmişəm pulu."

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  (Region TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin