Baş prokurora və DİN şefinə şok məktub...

Hazırda oxunan: Baş prokurora və DİN şefinə şok məktub...

54070

 Moderator.az-a iki ay öncə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Ərşad İbrahimlinin qardaşı Taryel İbrahimov sensasiya sayıla biləcək bir material göndərib.

 Həmin yazıda o qardaşının tamamilə günahsız olduğunu, Ərşaddan aylar öncə Fərqanə Ələkbərovanın prezident İlham Əliyevə ünvanlanan və Prrzident Administrasiyasında qeydiyyatdan keçirilərək Kəlbəcər Rayon İcra Hakimiyyətinə göndərilən məktubundan da bəlli olur ki, onun namusuna kim tərəfindən təcavüz olunub. Halbuki sonradan Məhəmməd Bağırovun təhrikiylə həmin qız internetdə yayılan videonun guya Ərşad tərəfindən zorla alındığını iddia etməyə başladı və ona görə də ona törətmədiyi cinayətə görə 11 il cəza verdilər. Amma əlahəzrət fakt ortada və təkcə bu məktubun özü Ərşad İbrahimlinin günahsızlığı üçün alibi rolunu oynamağa yetərlidir.

 Ümid edirik ki, çox hörmətli baş prokuror və daxili işlər naziri haqsız yerə ağr cəzaya məhkum edilmiş jurnalistin azadlığa buraxılması və əsl günahkarın məsuliyyətə cəlb olunması üçün səlahiyyətlərindən istifadə edəcəklər. İndi isə Taryel İbrahimovun məktubunu olduğu kimi təqdim edirik:

 Baş prokuror Zakir Qaralov cənablarına

 Daxili İşlər Naziri  Ramil Usubov cənablarına

 Kəlbəcər rayon məcburi köçkünü İbrahimov Taryel Misir oğlu tərəfindən

 Azərb.Resp.Prez .Admin.

Sənədlərlə və vətəndaşlarla

Müraciətləri ilə iş şöbəsi

Daxilolma ə. 2192

 02.04.2013

 

Ə R İ Z Ə

 Fərqanə Ələkbərovanın Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarlına ünvanladığı ərizənin bəzi məqamları ilə tanış olun və Sizin etibar etdiyiniz şəxsin- Gəncə şəhər Baş Polis idarəsinin rəisi Faiq Şabanovun ailəvi dostu olan Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovla birləşərək qardaşıma-jurnalist İbrahimov Ərşad Misir oğluna necə torba tikdiklərinin şahidi olacaqsınız. Bu işdə saxtakarlığa yuvarlanmış Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi polis kapitanı Rüstəmov Samir Bəhram oğlunun “xidmətləri”nə  də diqqət ayırmağınızı xahiş edirəm.

         Jurnalist İbrahimov Ərşadın 11 il həbs cəzası almasına səbəb olmuş Kəlbəcər rayonundan məcburi köçkün Ələkbərova Fərqanə Əhliman qızının prezident İlham Əliyev cənablarına ünvanladığı ərizənin mətnindən bəzi hissələri olduğu kimi diqqətinizə çatdırıram və bildirim ki, daşdan keçən bu sübutu Ərşadın vəkili rəsmi sorğu ilə Kəlbəcər rayon icra hakimiyyətindən götürüb və sənədin üstündə də Fərqanə Ələkbərovanın məktubunun Prezident Adminsitrasiyasına qəbul olunma vaxtı göstərilib. Onu da bildirim ki, Fərqanənin yazdığını olduğu kimi, yəni heç bir redaktə və korrektə etmədən təqdim edirəm...

 Ələkbərova Fərqanənin yazdıqları

 Cənab Prezident, əvvəlcə Sizi salamlayır, bayram münasibəti ilə (məktubun yazılma tarixinə baxdıqda Novruz bayramını nəzərdə tutduğu bilinir-T.İ.) təbrik edirəm. Cənab prezident, mən ağlım kəsənnən anamı-atamı zəhmətkeş, halal pul qazanan övladlarını sevən “ allahın unutmayan bir insan kimi tanıyıram. Kasıblıq, aclıq, çətinlik nə olduğunu çox gözəl bilirəm. Ailədə 4 nəfərik

 1Atam Ələkbərov Əhliman Hüseyn oğlu

 2.Anam Ələkbərova Firəngiz Xasay qızı

 3. Qardaşım Ələkbərov Fərid Əhliman oğlu

 4.Və mən Ələkbərova Fərqanə Əhliman qızı

 Dinimə, Allahıma, Vətənimə, ailəmə nə qədər bağlıyam...

“Allah çox gözəl bilir. Mən bu məktubu Sizə yazmaqda məqsədim odur ki, mən Ələkbərova Fərqanə mənim və ailəmin daha alçalmağına dözə bilmədiyim üçün mənim ailəmi və məni Ermənistana keçməyimizə köməklik göstərəsiniz; Bəli Ermənistana. Orada yaşayan canilərin, quldurların yanına. Səbəb?- Bezmişik buradakı Kəlbəcərin vəzifəli şərəfsizlərin yanındansa oların yanında yaşamaq daha yaxşıdır...........................................................................................................18 yaşımda noldu?

 Ermənistana keçməyimin səbəbi

 

1)    Kəlbəcərin vəzifəli şəxslərindən iş istədim, gözəl, çox gözəl idim. 4 il əvvəl  indi qəmnən, dərtdən nə günə düşmüşəm.    Kasıb olmağımdır günahım? Deyin günahımı  Sizi seçən bizlərik, vəzifəlilər yox İlham müəllim.  Məzlumlar-məzlumlar “ xalq” məzlumlardı vətən. İcra başçısı xəstə qardaşıma deyib ki, dur burdan............ üzr istəyirəm çox pis ifadə işlədib. Şərəf və ləyaqət deyilən bir şey var. Sizi görəm elə şeylər bilirəm ki, hansı qapıya getsəm iş istəsəm mənə başqa şeylər təklif olunub... Bunları  və daha başqa hər şeylər təklif olunub... Bunları və daha başqa hər şeyi əvvəlki icra başçısı hər şeyi bilir və subutlarım var. Atam Ulu Öndərimiz həm Sizin  həm millətimin həm də mənim arxasız atası olan Heydər Əliyevin oğlu Əliyev .... Mən 2011-04 apreldə könüllü hərbiyə getdim. Zakir Həsənova müraciət etdim və qəbulunda oldum. Bunlarsa öz övladlarını hərbi xidmətdən saxlatdırır. Heydər Əliyev sağ olsaydı yeri-göyü lərzəyə gətirərdi. Məni bir işlə təmin etmədilər. Cənab prezident işləyəm ailəmə kömək edəm. Çox şeylər var ki, amma yazılası yox. Sizə deyiləsidir. Qadın alveri ilə məşğul olan Kəlbəcər vəzifəliləri var. Müəllim işləmək istəyirsən 3-4 min azı pul verməlisən. Məktəbə süpürgəçi düzəlmək üçün 1000-1500 manat.  Tikdiyiniz evləri satdılar, qaçqınlara vermədilər. Təhsildə üzr istəyirəm kişiləri məzuniyyətə qadın kimi çıxardılar və daha nələr var”  hamısı rüşvətlə, icra başçısı rüşvətlə, marif müdrü rüşvətlə, həkimləri rüşvətlə başqa heç bir şeylə məşğul deyillər.... o dərəcədə göynənə gedirlər ki, Sizi belə eşitməzlər. Mən internet vasitəsi ilə vido ilə Sizə və Azərbaycanda işləyən səfirlərə müraciət edəcəm. Mənim şərəf və ləyaqətim tapdalanıb.  Mən Allahdan başqa heç kəsdən qorxmuram. Mən ali təhsilli müəlliməyəm. Hər gün ailəmi ölümlə hədələyirlər. Heydər oğlu sənə səslənirəm. Ata vətənimdən Kəlbəcər idarələrinə vəzifəyə təyin etdiyin bunlar canavardır. Bu məkyubu oxuyan ,anan varsa ananın canına ad verirəm bu məktubu cənab prezidenimizə verəsiniz.  Mən müraciətimi internetlə video şəkilində yerləşdiənə qədər məktubu İlham Əliyevə verin. Haqq -ədalət var bu dünyada” ailəmin evində baş ucunda Heydər Əliyev Babanın şəkili var. Inanırsız 1 Allahla aynanın qarşısında  danışıram bir də atamızın şəkilinə baxıb səmimi qəlbdən deyirəm o, mənim  Peyğəmbərimdir. Peyğəmbər oğlu imdad elə. Əgər köməklik etmirsinizsə çox-çox xahiş edirəm ailəmi və məni Ermənistan dövlətinə könüllü keçməyimə kömək edəsiniz.

 İmza:                              Alakbərova F.         23.03.2013

 

Görəsən, fəryad çəkən qızın səsini niyə eşidən olmadı? O da axırda jurnalist İbrahimov Ərşadı taparaq “Youtube”la yayımlanan həmin qalmaqallı videomüsahibəni verdi. Elə Ərşad da həmin yayımın qurbanı oldu. Nə az nə çox- 11 il həbs cəzası verdilər...

 Görəsən, Respublikanın hüquq-mühafizə orqanları bu sahibsiz qızın başına gətirilən hadisədən həqiqətən xəbərləri yoxdurmu? Nə üçün namusuna təcavüz edildiyini iddia edən bu qızcığazın fəryadına vaxtında reaksiya bildirilmədi?

 Onu da qeyd edim ki, Ələkbərova Fərqanənin ali təhsilli olmasıyla bağlı yazdıqları ağ yalandır. Sabiq təhsil şöbəsinin müdiri Bağırov Məhəmməd Ələkbərova Fərqanəyə Gəncə Müəllimlər İnstitutunun dördüncü kurs tələbəsi olması barədə saxta arayış almış və 57 â„–-li məktəbə təyin etdirmişdir. Bundan sonra Ələkbərova Fərqanə Prezident İlham Əliyev cənablarına fəryad dolu müraciətini unutmuş və onun bakirəliyini pozmuş sabiq Təhsil Şöbənin müdüri Bağırov Məhəmmədlə birləşərək jurnalistə böhtan atmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin