"Qoşa Təpə" postunda əməliyyat -Saxlanan var

Hazırda oxunan: "Qoşa Təpə" postunda əməliyyat -Saxlanan var

131971
Araşdırma aparılır.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında “Qoşa Təpə”x9d Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, onun üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.xa0

Yoxlama zamanı həmin şəxsin üzərindən, sağ ayağındakı corabın içəri topuq hissəsindən gömrük nəzarətindən gizlədilən, bir ədəd bükümdə xalis çəkisi 2,55 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin