Keçmiş məmuru güllələdən qadın danışdı: “Məni zorlamışdı”x9d+TƏFƏRRÜAT

Hazırda oxunan: Keçmiş məmuru güllələdən qadın danışdı: “Məni zorlamışdı”x9d+TƏFƏRRÜAT

131815
Aprel ayının 11-də paytaxtın Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini, vaxtilə Bərdə rayon İcra Hakimiyyətində çalışmış Hüseyn Qasımov istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açması barədə xəbər vermişdik. Nəticədə daban nahiyyəsindən güllə yarası alan Hüseyin Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra xa0evinə xa0buraxılıb.xa0

Musavat.com xəbər verir ki, hadisənin baş verdiyini gün Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, xa0Ramil Hüseynli və Günel Süleymanova saxlanılıb. İstintaq zamanı məlum olub ki , Ramil cinayəti Günel Süleymanovanın sifarişi ilə həyata keçirib. Belə ki 33 yaşlı Günel Süleymanova zərərçəkən Hüseyn Qasımovdan qisas almaq məqsədi ilə ona qarşı silahlı insident yaradıb.xa0


Günel Süleymanova istintaqa ifadəsində bildirib ki, sabiq məmur onu zorlayıb: “Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatda istifadə edilsin. Dedim ki, qorxudun”x9d.xa0


Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: “Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm”x9d.xa0

Adam oğurluğuna görə 12 il həpsdə yatan 33 yaşlı Ramil Hüseynli hadisə zamanı istifadə etdiyi “AKM”x9d markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyir. O, bu hadisəni törətmək üçün xa0Günel Süleymanovadan xa0 40 min manat alacaqmış.


Ramilin Rəsulzadə qəsəbəsidə kirayədə yaşadığı xa0evdən 1 ədəd “AKM”x9d markalı silah, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.xa0

Faktla bağlı hər iki şəxs barəsində Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin