Bakıda piyada keçidi uçdu - 6 yaralı+ Yenilənib

Hazırda oxunan: Bakıda piyada keçidi uçdu - 6 yaralı+ Yenilənib

47232
Bakı şəhərində piyada keçidinin uçması nəticəsində 6 nəfər xəsarət alıb. 


Moderator.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb.

Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

***

 Bakıda yerüstü piyada keçidi uçub.

"Qafqazinfo" xəbər verir ki, Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir. 

Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin