Yol qəzasında xəsarət alan hərbçimiz dünyasını dəyişib

Hazırda oxunan: Yol qəzasında xəsarət alan hərbçimiz dünyasını dəyişib

35348
 10 gün əvvəl baş verən yol qəzasında yaralanan hərbçi dünyasını dəyişib. Moderator.az-ın  məlumatına görə, oktyabrın 7-də Kürdəmirdə “VAZ-2106” ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1978-ci il təvəllüdlü Elşad Müslüm oğlu Umudov müalicə olunduğu hospitalda vəfat edib.
Qeyd edək ki, məlum yol qəzası oktyabrın 7-də, Kürdəmirin Çöhranlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Sığırlı kənd sakini Gülağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.
Nəticədə “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və sürücünün anası, 1940-cı il təvəllüdlü Zeyvə Ağasalı qızı Umudova aldıqları xəsarətdən ölüb.
Sürücü E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2005-ci il təvəllüdlü Sahil, həmçinin 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin