Bakıda yaşlı qadın ağaca şikayət etdi

Hazırda oxunan: Bakıda yaşlı qadın ağaca şikayət etdi

154816

Moderator.az xəbər verir ki, dünən paytaxtda bir yaşlı qadın ağaca şikayət edirmiş.

Bu təsirli və üzücü mənzərə ilə tanınmış ədəbiyyatçı, tənqidçi İradə Musayeva qarşılaşıb.xa0

Gördüyü hadisədən xeyli təsirlənən İ.Musayeva bu barədə öz feysbuk səhifəsində qeyd edib:

“Dünən səhər işə gedəndə çox təsirləndirici bir mənzərə ilə rastlaşdım. Heyif ki, telefonla çəkmədim həmin mənzərəni. Bir yaşlı qadın əlində bir qalaq sənədləri yellədə-yellədə üzünü İçərişəhər metrosunun qarşısındakı hündür bir ağaca tutub ağlaya-ağlaya, qışqıra-qışqıra şikayət edirdi... Deyəsən məmurlardan, hansısa idarə rəhbərlərindən, dəqiq anlamaq olmurdu. Görünür şikayətlərinə baxılmır, ya nədirsə bilmədim...Amma mən oradan uzaqlaşdıqca qadının quru, əsəbi, kədərli səsini eşidirdim...Qadının səsi qırıq-qırıq gəlirdi: Cənab prezident... eşidirsən... mənim...”x9d

İ.Musayeva qadının köməyinə heç kimin gəlmədiyini, əksinə ətrafdakı gənclərin ona güldüyünü də bildirib:

“Ətraf adamla dolu idi...Heç kimin vecinə də deyildi. Qadına gülə-gülə, lağyana baxan cavan uşaqlarrın sifəti, qadının qırıq, qırıq, heysiz, qüvvəsiz səsi yaddaşımda özünə yaman yer elədi...”x9d


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin