"Umid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində qəribə hadisə baş verib. Belə ki, sığınacaqda yaşayan bir qıza toy etmək istəsələr də bu toy baş tutmayıb. Yəni gəlin öz toyuna gəlməkdən imtina edib.
Bu hadisə toya gələnlərdə rişxənd və ironiya ilə qarşılanıb. Əvvəlcədən sosial şəbəkə vasitəsilə toyla bağlı təbliğat aparılıb, gənclərə yardm edilməsi üçün qüvvələr səfərbər edilib. Lakin sonda qızın bu addımı atmasının səbəbinə gəlincə, məlum olub ki, qız onun üçün seçilən gəlinlik paltarını və ayaqqabıları bəyənməyib.xa0
Toya tanınmış sənət adamları, o cümlədən əməkdar artistlər də gəlib. Gəlinə zəng vurub deyiblər ki, ölkənin tanınmış əməkdar artistləri və məşhur müğənniləri toyda onu gözləyir.xa0
Gəlin də cavabında “Mənə maraqlı deyil ki, orda kimlər gözləyir. Mənə maraqlı o idi ki, mənim gəlinliyim qəşəng deyil”x9d deyib.(Cebhe.info)

































































































