Fövqəladə Hallar Nazirliyi ilə bağlı Fərman imzalandı

Hazırda oxunan: Fövqəladə Hallar Nazirliyi ilə bağlı Fərman imzalandı

58704
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə də Fərman verib. 

Moderator.az xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, â„– 4, maddə 326; 2008, â„– 2, maddə 50, â„– 4, maddə 260, â„– 6, maddə 508; 2009, â„– 9, maddə 687, â„– 12, maddə 983; 2010, â„– 2, maddələr 83, 85; 2011, â„– 2, maddələr 85, 93; 2012, â„– 10, maddə 955; 2014, â„– 5, maddə 469) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.4-cü bəndinin birinci abzası aşağıdakı redaksiyada verilib:

"Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin