Səfir: "Gəlib şahid ola bilərlər"

Hazırda oxunan: Səfir: "Gəlib şahid ola bilərlər"

55586
"İstənilən sanksiyanın tədbiqinə baxmayaraq Rusiya bizim qonşumuzdur. Biz artıq 200 ildir ki, birlikdəyik. Bizi dərin bağlar birləşdirir. Rusiyada Azərbaycanın böyük diasporu fəaliyyət gösətərir". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu keçirdiyi mətbuat konfransında deyib. 

P.Bülbüloğlu bildirib ki, Azərbaycanda indiyə kimi bir dənə də olsun rus məktəbii bağlanmayıb. "Bakıda Moskva Dövlət Universitetinin filialı, həmçinin Slavyan Universiteti var. Bizdə hər küçədə rus dilində danışan ailələr görmək olar. Bunu Bakıda olanlar yaxşı bilir. Olmayanlar isə gəlib buna özləri şahid ola bilərlər". 

Səfir "Rusiya ilə əməkdaşlığa görə, Bakıya təzyiq göstərilirmi?" sualına isə belə cavab verib. "Biz bunlara sakit yanaşırıq. Müxtəlif güclər və ölkələr bizə də təsir etmək istəyir, bizə qarşı piar kampaniyalar olur. Azərbaycana xarici təzyiq mümkün deyil".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin