ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında AXCP ilə bağlı maraqlı fikrlər səsləndirib. Partiya sədri qeyd edib ki, AXC-nin 25 illik yubiley tədbirində yaşananlara rəğmən AXCP tərəfindən təşil edilən tədbirlərdə iştirak etməyə hazırdır:
“Əgər bundan sonra AXCP məni yüz tədbirə dəvət etsə, yüzünə də gedəcəm. Gedəcəm və yenə də öz düşündüklərimi, doğru bildiklərimi danışacam. Bundan heç kimin şübhəsi olmasın. Mən kimdənsə tərif və ya tənqid eşitmək üçün çıxış etmirəm. Mən insanlara həqiqəti çatdırmaq üçün çıxış edirəm. Əgər bu çıxışlar kiməsə sərf etmirsə, kimisə narazı salırsa, bu onların öz problemidir”.
Seymur Əliyev






























































































