“Azəriqaz “ İstehsalat Birliyi Bakı şəhəri Nəsimi rayonu Qaz İstismar Sahəsinin (QİS) qadın işciləri Prezident Administrasiyasına və ölkə mətbuatına müraciət ünvanlayıblar.
Moderator.az-ın məlumatına görə, onlar QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispeçer xidmətinin işciləridir.
“Azərqaz”ın qadın əməkdaşları işdən uzaqlaşdırılmalarından narazıdırlar: “27.03.2014 il tarixində bizə “ Azəriqaz”ın 192 saylı əmrinə əsasən ixtixara düşdüyümüz barədə bildirişlər paylandı. Bu bildirişə əsəsən 27.05.2014 tarixində bizim son iş günümüzdür. Bu bildirişlə bağlı QİS-in rəhbərliyinə etdiyimiz müraciətə cavab olaraq bizə bildirdilər ki, bu sahə umümən ləgv olunur. Qeyd olundu ki, bu qərar ARDNŞ tərəfindən qəbul olunub və İdarə rəhbərliyi bu işdə carəsizdir. Ya gərək öz xahişimizlə işdən cıxmağımız barədə ərizə yazıb əmək haqqının 5 mislini alasınız, ya da yazasınız ki, imtina edirəm. O vaxt isə sizə veriləsi iş olmadığından bu dəfə əmək haqqının 3 misli ilə işdən uzaqlaşdırılacaqsınız. Bu təklifin nə qədər qanunun olduğunu müəyyənləşdirməyi sizlərin ixtiyarına buraxırıq. Cünkü Bakının mərkəzində hələ də qaz xətlərinin coxunun yer altında olduğunu nəzərə alsaq bu xətlərin baxımsız qalmasının sabah hansı fəlakətlarə gətirəcəyini təsəvvür etmək çətin deyil.
Amma onu bildirmək istəyirik ki bizim qadınlar arasında ailə başcısını itirmiş və öhdəsində həddi-buluğa çatmamiş, az yaşlı və pensiya yaşına az qalmış qadınlar vardır. Bugünkü Azərbaycanda işsiz qalmağin nə demək oldugunu isə kiməsə başa salmaq biz biləni artıqdır. Bizim əmək haqqımız 250-300 manat civarındadır. Yaşımızın bu vaxtında hec bir təşkilat və idarə bizi işə göturməyəcək. Belə ki, bildiriş paylanandan bu günə qədər qapı-qapı gəzib iş axtarsaq da bu, bir nəticə verməmişdır.
Aramızda demək olar çoxu ali təhsilli, qalani isə orta ixtisas təhsillidir. Bu illər ərzindədə işlədiyimiz təşkilatda kecirilən bütün imtahanları normal vermişik.
Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, bizlərin taleyinə biganə qalmayasız. Unutmayin ki, hər bir qadın Azərbaycanın gələcək nəslini böyutməkdədir.
Əliyevə Səidə ,
Agamalıva Dilarə,
Saatova Rəsmiyyə,
Yusifova Ulduz,
Zeynalova Mir Göncə,
Əliyevə Lalə,
Cəfərova Sevil,
Məmmədova Reyhanə,
Əliyeva Şövkət,
Şıxzadə Narxanım”.







































































































