ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında 9 may tarixini qələbə bayramı kimi qeyd etməyin düzgün olmadığını bildirib:
“Müharibədən sonra ruslar alman faşizminin mənəvi varisləri kimi çıxış etdi. Asiyada, Afrikada işğallar həyata keçirməyə, hətta Cənubi Amerikada ”“ Kuba və s. ölkələrdə öz mövqelərini möhkəmləndirməyə çalışdı. Bütün bunalrın arxasında isə rus şovinizmi dayanırdı. 9 may tarixini qələbə bayramı kimi qeyd etmək yanlışdır. Bu müharibədə faşist Almaniyası nə qədər çox məsuliyyət daşıyırsa, ruslar da bir o qədər məsuliyyət daşıyır. Hitler faşizmi nə qədər təhlükəlidirsə, rus faşizmi ondan da təhlükəlidir. Bu müharibədə həddindən artıq çox insan qurban verilib və bu, bir ideologiyanın - nasional sosialistlərlə proletar sosializminin iki qanadının birgə cinayətidir. Alman faşizmi məhv edilsə də rus faşizmi qalır. Rus faşizmi də cilovlanmalıdr ki, biz III Dünya müharibəsinə qədədm qoymayaq. Mənim atam da II Dünya müharibəsində iştirak edib və I qrup əlildir. Əmilərim ölüb. Nəslimizin ən savadlı adamları müharibəyə gedib və gəlməyib. Əmilərimdən biri zabit kimi savaşda iştirak edib və bu gün də öldüsündən-qaldısından xəbər yoxdur. Digər əmimi 9 il əsirlikdə qalıb və s. Atam danışırdı ki, rusların digər xalqlara münasibəti çox pis idi.Kənddən gələn və rus dilini bilməyən azərbaycanlıları verilən əmləri anlamadığı üçün güllələyirdilər. Yalnız Bağırov 1943-cü ildə orduya gedəndən sonra bu hadisələrin qabağı alındı. Milli taborlar yaradıldı və hər xalqdan olan döyüşçülərə öz dilində əmrlər verildi. Rus faşizminin alman faşizmindən təhlükəli olduğunu bir də bu sübut edir ki, azərbaycanlıların bir çoxu almanların tərəfinə keçmişdi və orada Azərbaycan legionu yaradıb ruslara qarşı savaşırdı. Tarix dəyişir və biz də hadisələrə münasibətimizi dəyişməliyik”.
Seymur Əliyev

























































































